Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 12:32:35
Belçikada terror təhlükəsi səbəbindən 27 məktəb bağlanıb

Belçikanın paytaxtı Brüsseldə və Brabant əyalətində 27 məktəb terror təhlükəsi səbəbindən bağlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Reuters” Vallon və Brüssel Təhsil İdarəsinə istinadən məlumat verib.

 

Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə partlayışla bağlı təhdidlər barədə məlumatlar daxil olub. Ehtiyat tədbiri olaraq noyabrın 27-də bu məktəblərdə dərslərin və şagird qəbulunun dayandırılması qərara alınıb.

 

Səlahiyyətlilər bəzi binaların artıq istehkamçılar tərəfindən yoxlanıldığını bildiriblər.