Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 17:44:39
"Şagird-məzun"sistemi üzrə seminar keçirilib

Seminarın mövzusu 2023/2024-cü tədris ili üzrə təsdiqlənmiş təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərdən ibarət olub.

 

AzEdu.az xəbər verir ki, görüşdə Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun baş məsləhətçiləri Hidayət Cavadlı və Ruxsarə Səlimli “Şagird-məzun” sisteminin yeni funksional imkanları və istifadə qaydaları ilə iştirakçıları əyani olaraq tanış ediblər. Bundan əlavə, təhsil barədə və fərdi məlumatların, həmçinin, yekun attestasiyadan sonra attestat rekvizitlərinin düzgün və vaxtında daxil edilməsinin zəruriliyi əlaqələndiricilərin diqqətinə çatdırılıb. Seminarda iştirakçıların sualları da cavablandırılıb.