Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 12:47:38
“Heydər Əliyev irsi:100 müzakirə”ləri 3 saylı tələbə poliklinikasında keçirilib

UNEC Kitabxana İnformasiya Mərkəzi və 3 saylı tələbə poliklinikasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” adlı növbəti tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC Kitabxana İnformasiya Mərkəzinin Əsaslı Kitabxanasının müdir müavini Yusif Musayev “Oxu mədəniyyəti” çərçivəsində universitetin bütün strukturlarında Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə silsilə tədbirlərin keçirildiyini bildirib. Tədbirlərdə Heydər Əliyev irsinin müxtəlif sahələr üzrə tədqiq edildiyini, müzakirələr aparıldığını diqqətə çatdırıb.

 

Sonra UNEC-in 3 saylı poliklinikasının baş həkimi Adilə Ukalayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı, səhiyyə sisteminin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.

 

Tədbir poliklinikanın həkimləri Cabir Qafarov, Aytən Aslanlı və Mehriban Muxtarovanın, eləcə də, UNEC KİM 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, KİM-in əməkdaşları Sədaqət Əhmədli, Lalə Bayramova, Fəridə Nəbiyeva və Xəyalə Əbilovanın Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən çıxışları ilə davam edib.