Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 08:47:15
Məktəblərdə payız tətili başa çatır

Noyabrın 20-si ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.