Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 10:32:17
Bir neçə ilə elmi nailiyyət əldə etmək asan məsələ deyil - NAZİR

"Düşünürəm ki, bir neçə ilə elmi nailiyyət əldə etmək asan məsələ deyil"

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının ( NASCOXXVI) rəsmi açılış mərasimində çıxışı zamanı deyib:

 

"Elmin fərqli xüsusiyyəti də elə bundan ibarətdir. Hər hansı bir alim səhər oyanıb, işə gedəndə "Nəyisə kəşf edim" düşüncəsi ilə getmir. Nə isə ortaya çıxarmaq üçün uzun bir müddətdə ehtiyac var. Bu olduqca məsuliyyət və fədakarlıq tələb edən məsələdir" deyə nazir fikirlərini yekunlaşdırıb.