Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 16:23:02
Rektor “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Clarivate Analytics” şirkətinin Baltik, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə koordinatoru Anna Trifonova, tədqiqat və analitika üzrə mütəxəssis Massimiliano Bearzotla görüşüb. Görüşdə AzTU-nun nümayəndələri də iştirak edib.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev “Clarivate Analytics”şirkəti ilə AzTU-nun 2015-ci ildən başlayan əməkdaşlığının uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, universitet şirkətlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

 

Görüşdə “Web of Science” beynəlxalq reytinqli elmi nəşrlər platforması ilə əməkdaşlıq, elmi jurnalların, dissertasiya işlərinin beynəlxalq bazalara daxil edilməsi və istinadların artırılması istiqamətində müzakirələr aparılıb.    

 

Eyni zamanda maşınqayırma, materialşünaslıq, enerji, iqtisadiyyat və idarəetmə sahələrində konfrans nəşrlərinin “Web of Science” platformasına daxil edilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.