Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 15:32:29
DİM- də hazırlıq kursunun dördüncü məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun dördüncü məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Moderator Elşad Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunda nəzəri materialların təqdimatına həsr olunmuş birinci mərhələ başa çatıb. Kurs iştirakçılarına ev tapşırığı verilib.

 

Hazırlıq kursunun beşinci məşğələsi 21 noyabr 2023-cü ildə keçiriləcək.