Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 16:06:41
Ağalı şagirdləri üçün peşəyönümü məsləhət görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Zəfər Günü ərəfəsində məktəblilər üçün “Gələcək sizinlə qurulur” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Ağalı kənd tam orta məktəbinin şagirdləri və onların valideynləri ilə görüş keçirilib, onlara ilk dəfə peşəyönümlü məsləhət xidməti göstərilib.

 

Əmək bazarının cari vəziyyəti, yeni çağırışlar, aktuallığını itirən və tələb olunan peşələr, karyera hədəfini müəyyənləşdirməyin və planlaşdırmağın yolları barədə məlumatlar verilib. Təqdim olunan məlumatları maraqla qarşılayan məktəblilərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra məktəblilər üçün agentliyin sosial tərəfdaşları olan “Azərsun Holdinq”iə daxil olan AL Market MMC, Shokki Mokki ilə birgə əyləncəli proqram təşkil edilib, hədiyyələr təqdim olunub.