Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 13:09:17
UNEC kitabxanasından statistika: “5 il ərzində 21 mindən çox oxucusu..”

5 il əvvəl UNEC akademik kitabxana-informasiya sistemində bir ilkə imza atdı: 24/7 kitabxananı yaratdı. Qısa müddət ərzində peşəkar heyəti, rəqəmsal informasiya xidmətləri, dünyanın mötəbər nəşriyyatlarının kitabları, beynəlxalq elektron resurslara çıxışı, aktual kitab təqdimatları, bir-birindən faydalı layihələri ilə bütün UNEC ailəsinin ən çox vaxt keçirdiyi məkana, eləcə də ölkənin ən reytinqli kitabxanasına çevrildi.

 

 

Azedu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məlumat verib.

 

Rektor, 5 il ərzində kitabxananın qazandığı oxucu kütləsinin, keçirilən layihələrin, nəşrlərin statistikasını təqdim edib:

 

“2021-ci ildə UNEC-in 24/7 kitabxanası “İlin ən yaxşı universitet kitabxanası” media mükafatına layiq görüldü.

 

5 il ərzində:

 

- 210259 oxucu (7500-dən çox gecə oxucusu);

- 178163 elektron resursdan istifadə;

- 70-ə yaxın tədbir və virtual layihələr;

- 2500-dən çox yeni daxil olmuş beynəlxalq nəşr.

 

UNEC 24/7 sosial mediada haqqında ən çox yazılan və ölkə kitabxanaları arasında təcrübəsi ən çox öyrənilən universitet kitabxanasıdır”.