Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 12:44:04
Məktəbli qızı evlənməyə məcbur edən ana həbs edilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 14 yaşlı qızını evliliyə məcbur edən ana saxlanılıb.

 

Azedu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokurorluğunun məlumatında bildirilib.

 

Qurumun bəyanatında qeyd olunub ki, azyaşlı anası tərəfindən ailənin seçdiyi şəxslə evlənməsi üçün təzyiqə məruz qalıb. Lakin, yeniyetmə təzyiqlərdən yaxa qurtarmaq məqsədilə evdən qaçıb.


Faktla əlaqədar yeniyetmənin anasına qarşı Gürcüstan Cinayət məcəlləsinin ailə üzvü tərəfindən evlənməyə məcbur edilməni nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, polis oktyabrın 31-də azyaşlının anasını saxlayıb.

 

Prokurorluğun anaya qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi bildirilib.

 

Xatırladaq ki, bu il oktyabrın 5-də analoji hadisə cinayətlə nəticələnib. Dmanisidən olan 14 yaşlı Aytac Şahmarova evliliyə məcbur edildiyi 27 yaşlı Alim Sadiqov tərəfindən Saqareco rayonunun Ləmbəli kəndində qətlə yetirilib.