Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 11:37:00
Bağça müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ – “İmtahanda bu məqamlar...”

Xəbər verdiyimiz kimi, 4 noyabr tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi- müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

 

Tərbiyəçi - müəllimlərin işə qəbul prosesi ilk dəfə olaraq 2022-ci ildən etibarən keçirilməyə başladı. İmtahanda iştirak etmək istəyən namizədlər sualların tərtibatı ilə bağlı maraqlanırlar.

 

AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, bu il keçirilən imtahan, keçən ildən fərqlənməyəcək:

 

“Bağça müəllimlərinin işə qəbulu imtahanında namizədlərin diqqət etməli olduğu məqamlar metodika, pedaqogika və psixoloji tipli suallardır. Həmin suallar təhsil aldıqları 4 il müddətində keçdikləri mövzuları özündə göstərəcək. İmtahanın test mərhələsində situasiya tipli suallar da olur. Hansı ki, burada bağça müəllimlərindən hər hansı bir ekstriminal şəraitdə vəziyyətdən necə çıxmalı olduqlarını ətraflı şəkildə izah etmələri tələb olunur. Müəllimlər imtahanda uğur qazanmaqları üçün metodik suallara xüsusilə fikir verməlidirlər. Ümumi olaraq, bütün suallar bir bağça müəlliminin uşaqlarla davranış qaydalarında bilməli olduğu nüansları əhatə edəcək”.

 

Mütəxəssis qeyd edib ki, imtahanın müsahibə mərhələsi isə, daha çox tərbiyəçi- müəllimlərin bacarıqlarını üzə çıxarmaq üçündür:

 

“Müsahibə mərhələsində namizədlərin psixoloji vəziyyətləri, uşaqlarla işləməyə hazır olub-olmadıqları, bir deyil, bir qrup uşaqla davranış bacarıqlarını necə sərgilədikləri ortaya çıxacaq. Düşünürəm ki, məktəbəqədər təlim-tərbiyə proqramı ilə bağlı məlumatı olan, bu sahədə orta və yaxud ali təhsil almış şəxslər rahat şəkildə imtahandan keçəcək”.

 

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları