Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 10:33:00
"Universitetlər mütəxəssis hazırlığında acizdir"- REKTOR

“Universitetlərdən gözləntilər nələrdir? Əgər universitetləri kurslar səviyyəsinə endirirksə, düşünürəm ki, bu bizi uçuruma daha sürətli aparacaq”.

 

Azedu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsilin İnkişafı Forumundakı çıxışı zamanı səsləndirib.

 

“Universitetlər XXI əsr sənaye tələblərinə cavab verən mütəxəssis hazırlığında acizdir. İxtisaslar da köhnəlib. Əgər ixtisas ən azı 30 il əvvəl formalaşıbsa və bu formalaşmada universitetin heç bir rolu yoxdursa, əmək bazarının tələbi necə nəzərə alına bilər?

 

Məsələn, əmək bazarında mənə süni intellekt mütəxəssis ilə bağlı sifariş oluna bilər. Bu mütəxəssis necə hazırlamaq olar?! Belə bir mütəxəssis yetişdirmək üçün əvvəlcə ixtisas mövcud olmalıdır”.

 

“Biznes universitetlərdən çox qabaqdadır” deyən rektor məsələnin çıxış yolunu da irəli sürür:

 

“Universitetlərin yeganə xilası öz başını biznesin qoltuğu altına qoymaqdır. Nəzəri biliklər, praktiki vərdişlər öndədir. Ama bununla yanaşı, həm də təhsildə öyrədilməsi əsas olan məqamlar XXI əsr bacarıqlarıdır. Bu bacarıqlar ətrafında çox danışmaq olar. Ama sovet “şınelindən” çıxmış təhsil sistemində bu bacarıqları formalaşdırmaq üçün o “şıneli” tamamilə ləğv etmək lazımdır”.