Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 11:04:36
Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir - NAZİR

"Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, təhsil olmadan innovasiya mümkün deyil: "Təhsil sisteminin nailiyyətləri uzun müddətli vaxtda innovasiyasının inkişafına təkan verir. Bu mühiti yaradanlar da insanlardır və bu müddət də təhsildən keçir. Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir, yəni zamana ehtiyac var. İnsan zamanla yetişir, onları zamandan sürətli yetişdirmək metodu isə yoxdur. Əgər təhsildə nailiyyətlər əldə etməyə zaman lazımdırsa, onda qısa və səmərəli yollarla nələri həll edə bilərik? İnnovativ yanaşmalar məktəb vaxtlarından daha çox bağça yaşlarından başlamalıdır. Qısa yol isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Odur ki, bu işdə tədqiqat məsələsi vacibdir. Yeni bilik yaratmaq və idarə etmək isə başqa mövzudur".