Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 09:45:00
"Moderator.az" -ın 11 yaşı tamam olur

 

Mərhum jurnalist Zülfüqar Hüseynzadənin qurucusu olduğu Moderator.az saytının fəaliyyətə başlamasından 11 il ötür.

 

AzEdu.az xəbər verir ki, informasiya portalı 2012-ci ilin noyabr ayının 1-i fəaliyyətə başlayıb.

 

Yarandığı gündən ona rəhbərlik etmiş, mərhum jurnalist Zülfüqar Hüseynzadə və onun seçdiyi peşəkar kollektivi sayəsində Moderator.az qısa zamanda ölkədə ciddi media qurumu kimi nüfuz qazanıb. Hazırda sayta rəhbərlik edən Hüseyn Ələsgərov atası Zülfüqar Hüseynzadənin yolunu davam etdirir. 

 

Moderator.az bu gün iki dildə- Azərbaycan və rus dillərində xəbər yayımı ilə ölkə mediasında xüsusi yeri olan xəbər saytıdır. Saytın informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər də öz əksini tapır. 
 

 
Xatırladaq ki, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu ilin iyun ayında öz doğma yurdu olan Kəlbəcər rayonunun Başlıbel kəndinə səfəri zamanı dünyasını dəyişib. 10-cu yaşı təntənə ilə qeyd edilən Moderator.az 11-ci ilini öz qurucusu Zülfüqar Hüseynzadəsiz yola salır... 


 

AzEdu.az kollektivi adından “moderator.az" çalışan həmkarlarımızı təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!