Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 17:11:00
İnternet sistemlərinə kiberhücumlarla bağlı tədqiqat apar

İnformasiya Texnologiyaları İnstitutunda əşyaların interneti sistemlərinə kiberhücumlarla bağlı tədqiqat aparılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə institutun doktorantı Xanım Paşayeva məlumat verib.

 

Əşyaların interneti sistemlərində kibertəhlükəsizliklə əlaqədar mövcud problemlərdən bəhs edən tədqiqatçı bu zaman bir-biri ilə əlaqəli qurğuların yayılması, standartlaşdırılmış təhlükəsizlik təcrübələrinin olmaması, qeyri-adekvat qurğuların idarəedilməsi, zəif autentifikasiya və avtorizasiya, məlumatların məxfiliyi və qorunması, qarşılıqlı işləmə problemləri, hücumların paylanmış təbiəti ilə bağlı çatışmazlıqlara rast gəlindiyini bildirib, onların həll yollarını qeyd edib. O, əlavə edib ki, daha güclü təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, standartların yaradılması, təkmilləşdirilmiş qurğu idarəetməsi, istifadəçilərin maarifləndirilməsi və məlumatlandırılması ilə bu kimi problemlərin qarşısını almaq mümkündür.

 

X.Paşayeva, həmçinin əşyaların interneti sistemləri ilə bağlı yaranmaqda olan təhlükələr və gələcək tendensiyalar barədə danışıb, bu istiqamətdə süni intellektlə işləyən hücumlar, təchizat zənciri hücumları, 5G şəbəkə boşluqları, blokçeyn istismarı, kvant hesablama təhdidlərini diqqətə çatdırıb.