Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 14:17:29
Noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Azedu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-9°, gündüz 11-16° isti olacağı ehtimal edilir.