Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 16:32:00
Məktəb direktorları iş yerini necə dəyişə bilər? - QAYDA

Məlum olduğu kimi, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. 

 

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

 

Maraqlıdır, bəs direktorların iş yerlərinin dəyişdirilməsi hansı şərtlər əsasında həyata keçirilir?

 

 

Azedu.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib:

 

 

“Direktorların işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən təyinat almış direktor 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir”.

 

 

Verilən məlumata əsasən, regional təhsil idarələri yarandıqdan bu günə kimi idarələrin təqdimatı əsasında 100-dən artıq direktorun iş yerinin dəyişdirilməsi təmin edilmişdir.