Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 10:16:00
Şadlıq evində həmyaşıdını bıçaqlayan gənc həbs edilib

Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən Polad Salmanov 6 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, hadisə bu il aprelin 26-da Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "White Palace" şadlıq evində qeydə alınıb.

 

Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

 

O, Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma -ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsilə ittiham edilib.