Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 12:48:44
Şənbə gününün hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.