Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 09:29:44
Gəncədə və Tovuzda 2 məktəbli qız itkin düşüb

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

 

Azedu.az məlumat verir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

 

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

 

Digər hadisə isə Tovuzda baş verib. 2009-cü il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.