Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 17:25:33
Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər oktyabrın 25-dən noyabrın 2-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, imtahana buraxılış vərəqəsini çap etmək istəyənlər açağıdakı linkə daxil ola bilərlər. 

https://exidmet.dim.gov.az/elimt/HakimTest

 

Test imtahanı 2023-cü il noyabrın 3-də iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.