Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 13:23:47
53,4 faiz qız abituriyent 600-700 bal arası nəticə göstərib

2022-ci ildə keçirilmiş qəbul imtahanlarında 600-700 bal intervalında nəticə göstərən abituriyentlərin 53,4 faizi qızlar, 46,6 faizi isə oğlanlar olub.

 

AzEdu.az xəbər verir ki, bu, oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.

 

Bildirilib ki, eyni zamanda, 500-599 bal intervalında nəticə göstərənlərin 55,1 faizi qızlar olub.