Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 12:32:15
Musiqi sənəti istiqaməti üzrə ilk seminar keçirilib

24 oktyabr 2023-cü il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə ilk seminarı keçirilib. 

 

Azedu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 
 

Seminarda Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri və DİM-in nümayəndələri iştirak ediblər. İclasda 22-ci komissiya (tar, kamança, qanun alətləri) üzrə nəzəriyyə imtahanlarının müəyyənləşdirilməsi, ixtisaslar üzrə təxmini repertuar proqramının zənginləşdirilməsi, bakalavriat və magistratura səviyyələri üzrə qəbul nəticələrinin elmi-statistik təhlilləri və növbəti tədris ili üçün keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində instrumental ifaçılıq (22-ci komissiya üzrə) ixtisasına qəbul olmaq istəyən abituriyentlərin 11 illik musiqi təhsili tələbi saxlanılmaqla harmoniya və solfecio fənnindən test imtahanı vermələri məqsədəuyğun hesab edilib. Bu ixtisas üzrə imtahanlara hazırlaşan abituriyentlər digər ixtisaslarda olduğu kimi nəzəriyyə fənnindən imtahan verərək müsbət qiymət aldıqdan sonra ixtisas imtahanında iştirak edə bilərlər. 

 

Harmoniya və solfecio fənni üzrə proqram

1. Harmoniya nəyi öyrənir? Akkord. Qeyri-akkord səsləri (gecikmə, keçici, köməkçi, qabaqlayıcı) Akkord tonları. Akkordun növləri.

2. Dördsəsli quruluş. Akkordun melodik vəziyyəti. Akkordun düzülüşü (sıx, gen, qarışıq).

3. Akkordlar arasında funksional münasibətlər (kvarta-kvinta, tersiya, sekunda münasibətləri). Üçsəslilərin birləşmə üsulları (harmonik və melodik birləşmələr).

4. Melodiya və basın harmonizasiyası.

5. Akkordun yerdəyişməsi.

6. Tersiya tonlarının sıçrayışları.

7. Kadensiya, onun növləri, kadans kvart-sekstakkordu (K64)

8. Baş üçsəslilərin sekstakkordları ( kvarta-kvinta münasibətində sekstakkord və üçsəslinin hamar-harmonik və sıçrayışlı birləşməsi;

-   Sekunda münasibətində sekstakkord və üçsəslinin birləşməsi.

-   İki sekstakkordun birləşməsi (kvarta-kvinta və sekunda münasibətlərində)

9. Keçici və köməkçi kvart-sekstakkordlar ( ).

10.Dominant septakkord. Tam və natamam ( ), T- ya həlli (hamar və sıçrayışlı. D7- un dönmələri, T- ya həlli (hamar və sıçrayışlı).

11.Baş septakkordlar (DV7, DVII7, SII7 ).

12.II pillənin sekstakkordu və üçsəslisi (SII6, SII).

13.Harmonik major.

14.VI pillə üçsəslisi. Kəsik kadensiya.

15.Subdominant septakkord (SII7)və dönmələri. T-ya həlli.

16.Aparıcı septakkord (DVII7) və dönmələri. T-ya həlli.

17.Dominanat nonakord (DV9), Subdominant nonakord (SII9)

18.D qrupunun az işlənən akkordları. (DVII6, DTIII, III6- D6)

19.Frigik tetraxordları (I və II növ)

20.İkiqat-dominant septakkord (DD7) və ikiqat aparıcı dominant septakkord (DDVII7). Dönmələri. Kadensiyada və cümlə daxilində tətbiqi.

21.DD7 və DDVII7 akkordlarının alterasiyası.

22.Tonal münasibətlərin növləri: modulyasiya, yönəlmə, qarşılaşma.

23.Yönəlmə.

24.I dərəcəli qohum tonallıqlara modulyasiya.

25.D və S qrupu akkordlarının alterasiyası.

26.Sekvensiyanın növləri: tonal və modulyasiyaedici

27.Qeyri-akkord səsləri:

-   xromatik və diatonik keçici və köməkçi səslər. Sıçrayışlı köməkçi səs.

-   hazırlanmış gecikmə, gecikmənin müxtəlif növləri.

-   qabaqlayıcı səs.

28.Majorda VIb üçsəslisi.

29.Modulyasiyanın digər növləri (planlı modulyasiya; VIb; IIb; eyniadlı tonika vasitəsilə modulyasiya).

30.Enharmonik modulyasiya (D7 və əsk.VII7, əsk.VII7 S vasitəsilə).

Qeyd: 27-30- cu mövzular, əsasən, musiqişünaslıq və bəstəkarlıq ixtisaslarına hazırlaşan abituriyentlərə aiddir.