Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 09:30:00
ETİRAZ: Məktəbliləri pirə aparanlar məsuliyyətə cəlb olunmalıdır

Son zamanlar sosial şəbəkələrdə şagirdlərin məktəb rəhbərliyi tərəfindən pirlərə, dini ibadət mərkəzlərinə aparılması faktları ilə qarşılaşırıq.

 

Ümumiyyətlə təhsil ocaqlarında uşaqlara dini təbliğatların aparılması nə dərəcədə doğrudur? Bunun gələcəkdə hansı fəsadları ola bilər?

 

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, qanunvericiliyə əsasən məktəblərdə dini təbliğatın aparılması qadağandır: “Azərbaycan Respublikasının Konstitusiyasında, həmçinin “Dini etiqad azadlığı haqqında” qanunda da bu öz əksini tapıb. Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. Məktəblərdə hansısa dinin, dini cərəyanın təbliğ edilməsi, onların dini ibadət ocaqlarına aparılması qanuna ziddir. Bunu edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

 

C.Məmmədov bildirib ki, tədrisdə yalnız dinlər barədə ümumi biliklər vermək lazımdır: “Məscidlərə, ibadət məkanlarına, dini ayinlərin keçirildiyi yerlərə şagirdləri aparmaq qəbuledilməzdir. Zaman-zaman müxtəlif sektalar məktəblərin qarşısında kitablar, braşüralar payladığına şahid olurduq. Hətta bəziləri məqsədli şəkildə müəllimləri öz inanclarına cəlb edərək onlardan sui-istifadə etməyə çalışıblar.

 

Deputat qeyd edib ki, Azərbaycanda əvvəlki dövrlərdə belə  hallar olurdu: “Sərhəd bölgəsində yaşayan müəllimlərdən biri dini cərəyana qoşularaq məktəbdə də bu ideyaların təbliğinə çalışırdı. İndiki dövrdə bu kimi halların yenidən təkrarlanmaması üçün Elm və Təhsil Nazirliyi, məktəb rəhbərləri diqqətli olmalıdırlar.  Çünki bu həssas sahədə ciddi nəzarət olmasa mütləq ki, hansısa təriqətlər məktəblərdə öz ideologiyaların yaymağa çalışacaqlar.