Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 16:29:00
“Sağlamlıq imkanları məhdud tələbələr üçün şərait yoxdur !”

Məlumdur ki, Azərbaycanda sağlamlıq imkanları məhdud şagirdlər üçün ümum təhsil müəssisələri mövcuddur. Şagirdlər orada asanlıqla təhsillərini davam etdirə bilirlər. Lakin məzun olduqdan sonra ali təhsil müəssisələrinə qəbul zamanı onlar üçün eyni şəraitin qurulub-qurulmaması məsələsi həmin tələbələri narahat edir. 

 

Bəs görəsən ali və orta ixtisas təhsil müəssisələrində sağlamlıq imkanları məhdud tələbələr üçün imkanlar hansı səviyyədədir?

 

Mövzu ilə əlaqədar “Azərbaycan Universitetləri” platformasının rəhbəri Zöhrab Süleyman AzEdu.az-a açıqlama verib.

 

Açıklama yok.

Müsahibimiz bildirib ki, Azərbaycan universitetlərində və kolleclərində sağlamlıq imkanları məhdud olan tələbələrin təhsil alması üçün xüsusi infrastruktur yoxdur: “Ayrı-ayrılıqda götürsək təhsil müəssisələrində çox kiçik səviyyədə bu və ya digər formada imkanlar yaradılır. Lakin universitetlərin girişlərindən auditoriyalara kimi rahat hərəkət üçün şərait yox səviyyəsindədir. Çox az universitetdə liftlər var. Bu yerimə məhdudiyyəti olan tələbələr üçün çox vacibdir. Həmçinin, görmə məhdudiyyətli şəxslər üçün auditoriyalarda şərait yaradılmalıdır. İnklüziv təhsil yalnız məktəblərdə deyil kolleclərdə və universitetlərdə də yaradılmalıdır. Tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır”.

 

Z.Süleyman sağlamlıq imkanları məhdud şəxslərin statistikasına nəzər salıb: “Son statistikaya əsasən hazırda Azərbaycanda 70 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 10%-i təhsilə cəlb olunub. Bu statistika artıq çox şeydən xəbər verir. Ali məktəblərdə bu göstərici çox aşağıdır. Çünki şəraitlər yoxdur. Sadaladığım nüanslar problemin çox kiçik hissəsidir. Düşünürəm ki, bu haqda çox ciddi formada müzakirə aparılmalıdır”.