Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 09:34:00
Azərbaycanlı şagird beynəlxalq müsabiqədə iştirak edəcək

İsmayıllı rayon Talıstan kənd tam orta məktəbin 9-cu sinfində təhsil alan Emil Ağamirzəyev Azərbaycanı “Dünya ölkələrinin tarixi” adlı  beynəlxalq müsabiqədə təmsil edəcək.

 

 

AzEdu.az xəbər verir ki, Emil Ağamirzəyevin iştirak edəcəyi müsabiqə İngiltərənin paytaxtı London şəhərinda keçiriləcək.

 

Qeyd etmək istəyirik ki, bir müddət əvvəl Emil ABŞ-a, həmçinin Türkiyə,Qazaxıstan, İtaliyada keçirilən beynəlxalq yarışlarda iştirak edərək uğur qazanıb.