Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 17:53:04
Azərbaycanda nə qədər əcnəbi təhsil alır? – STATİSTİKA

Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6 min 233 vətəndaşı təhsil alıb. Onların 705-i MDB ölkələrinin, 5 min 518-i isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq, Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşları üstünlük təşkil edirlər.

 

AzEdu.az  xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilində 5 min 765 əcnəbi təhsil alıb. Bu rəqəm 2005/2006-cı tədris ilində isə 3 min 73 nəfər olub. Bu isə ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayının artdığını göstərir.

 

Rəsmi nəşrin 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1004 nəfər təşkil edib. Onların 193-ü MDB-yə üzv olan ölkələrdə, 811-i isə digər ölkələrdə təhsil alır.