Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 17:07:00
UNEC- in 10 tələbəsi Prezident təqaüdünü qazanıb

Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Sərəncama əsasən, UNEC-in 10 tələbəsi (Banuçiçək Şəkizadə, Zəhra Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova, Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü qazanıb. Prezident təqaüdünü qazanan tələbələrin 9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Maliyyə”, 1 nəfər isə “Beynəlxalq ticarət və logistika” ixtisasında təhsil alır.