Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 16:11:55
27 ölkədən hərbi təhsil ekspertlərinin iştirakı ilə seminar keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb.

 

Azedu.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə seminarda çıxış edən Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi vurğulayıb.

 

Məlumat üçün qeyd edək ki, 27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması (STANAG 6001) və hərbi təhsil sahəsində ingilis dilinin tədrisində innovasiyaların tətbiqi ilə bağlı fikir mübadiləsinin aparılmasıdır.

 

Seminar oktyabrın 19-dək davam edəcək.