Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 15:21:00
"Elm və Təhsil Nazirliyi inkişafa doğru addımlayır, DİM isə..."

Təhsilverənlərin və təhsilalanların fəaliyyətini yaxından izlədiyi 2 qurum var: Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi. Bu iki müəssisə tərəfindən görülən işlər təhsil camiyəsinin fəaliyyətinə birbaşa təsir edən məsələlərdir. Bu baxımdan sözügedən qurumlar vaxtaşırı ya tənqidə məruz qalır, ya da fəaliyyəti alqışlanır.

 

Təhsil eksperti Ramin Nurəliyevin fikrincə, son 3 ilin gedişatı onu göstərir ki, Elm və Təhsil Nazirliyi inkişafa doğru addımlayır, DİM isə geriləyir.

 

Ekspert fikirlərini aşağıdakı səbəblərlə əsaslandırır:

 

 

“Məktəbəqədər təhsilin Elm və Təhsil Nazirliyinin fəaliyyətinə daxil edilməsi;

 

Təhsilin bütün sahəsi üzrə işə düzəlmək istəyənlərin imtahanla işə qəbulu;

 

Rüşvətin azalması;

 

Məktəb direktorlarının dəyişdirilməsi;

 

Məktəb və məktəbəqədər təhsil müəssisələrində direktorların yerli icra hakimiyyətin vasitəsilə təyinatının aradan qaldırılması;

 

Sertifikasiya imtahanlarının keçirilməsi;

 

Məktəblərə və məktəbəqədər təhsil müəssisələrində işə qəbulda rüşvətin qarşısının alınması;

 

Olimpiadalarda obyektivliyin qorunması;

 

Nazirliyin təhsil işçilərinin təyinatında yeni kadrların prespektivliyi;

 

Təhsil müəssisələrində açıq bazarın azalması;”.

 

 

Ekspert hesab edir ki, DİM-in son 2 ildəki qəbul proqramı və sualların vəziyyəti, nəticələrin çıxması, səhv yoxlamaların olmasına əsasən onun fəaliyyətinin bir qədər gerilədiyini deyə bilərik:

 

“Qəbul və sınaq imtahanlarında qiymətlərin qaldırılması və hər il DiM vəsaitlərinin yenilənmə adı ilə satışa çıxarılması da bir qədər bunu deməyə əsas verir”.