Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 16:06:00
Bu bölgələrdə sertifikasiyanın müsahibə mərhələsi DAVAM EDİR

Sertifikasiya müsabiqəsinin müsahibə mərhələsi davam edir.

 

Bölgələr üzrə müvafiq olaraq Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri üçün onlayn formatda müsahibələr təşkil olunur.

 

Bəs hazırda hansı bölgələrdə müsahibə mərhələsi davam edir?

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki,hazırda Şəki-Zaqatala, Şirvan-Salyan və Şərqi Zəngəzur Təhsil İdarələrində müsahibələr davam edir. 

 

"Digər təhsil idarələri üzrə müsahibələr yekunlaşıb" - deyə qurumdan əlavə edilib.