Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 14:09:00
Xankəndi İnstitutu bərpa olunur? – “Bütün xankəndililərin istəyi odur ki..”

Xankəndi Pedaqoji İnstitutu Azərbaycan SSRİ-nin Xankəndi şəhərində 1969-cu ildə yaradılmışdır. ƏvvəlcəV.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərmiş, 1973-cü ildə müstəqil ali məktəbə çevrilmişdir.Ermənistan Respublikası Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayonu işğalından sonra ali təhsil müəssisəsi fəaliyyətini faktiki olaraq dayandırmışdır. İşğalı dövründə Qondarma Dağlıq Qarabağ Respublikasının fəaliyyət göstərmişdir.

 

 

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 29 sentyabr 2023-cü ildə Azərbaycan polisləri şəhərə nəzarəti bərpa etmişdir.

 

Xankəndinin azad olunmasına əsasən həmin ərazidə yerləşən Xankəndi Pedaqoji İnstitutunun bərpası məsələsi gündəmə gəlir.

 

 

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Azedu.az-a açıqlamasında təkcə institutun bərpası ilə kifayətlənməməli, digər universitetlərin də filiallarının açılmalı olduğunu vurğulayır:

 

 No description available.

 

“Xankəndində baş verən hadisələr ilk növbədə təhsil ocaqlarına təsir etdi. Çünki ilk hədəf insitutlar, məktəblər, texnikumlar oldu. Xankındində olan Azərbaycan dilində fəaliyyət göstərən fakültələr dil və ədəbiyyat, pedaqogika, metodika ixtisasları üzrə tədris aparırdı. Ancaq rus və erməni dilində təhsil verən müəssisələrdə daha çox ixtisaslar üzrə tədris həyata keçirilirdi. Onlarda əlavə texniki fənlər, psixologiya kimi müxtəlif yönümlü ixtisaslar da mövcud idi. Ancaq bizdə 4 ixtisas seçimi var idi. Hər il 25 əyani və 25 qiyabi qəbul olurdu. Onların əhali sayı çox olduğu üçün qəbul sayı da çox olurdu.

 

Tələbələrin sayı çoxaldıqca Xankəndindəki azərbaycanlıların da sayı artırdı. Tələbə olaraq gələn şəxslər rayonun təbiətini çox sevdiyi, iş şəraiti yarandığı, və ya ailə qurduğu üçün buradan ayrılmırdı. Ermənilər isə bunu heç cür qəbul etmək istəmirdi”.

 

Vəliyevanın sözlərinə görə dəvət olunan müəllimlərin əksəriyyəti məhz Xankəndində çalışmaq istəyir:

 

“Bizim pedaqoji universitetə Bakıdan, Bərdədən, Ağdamdan, Ağcabədidən, Şuşadan ali təhsilli müəllimlər dəvət olundu. Gələnlərdən də heç kim geri qayıtmadı. Hazırda isə sözügedən müəllimlər yerbəyer olub, hamısı çalışır. Həmin müəllimlərdən Bakı Dövlət Universiyetində (BDU), Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC), Xarici Dillər Universitetində işləyənlər var. Bütün bu şəxslər başqa rayonlarda deyil, məhz Xankəndində çalışmaq istəyirlər. Xankəndi insanları bir-birinə bağalayan bir şəhərdir”.

 

 

Müsahibimiz yaşayış yerlərinin çox, ərazinin də böyük olduğunu əsas gətirərək bir çox universitetlərimizin burada fəaliyyətə başlamasını mütləq hesab edir:

 

“Bizim istəyimiz budur. Xankəndi Pedaqoji İnstitutu hazırda mövcuddur, kifayət qədər böyükdü və çox da gözəl təmir olunub.  Xankəndinə qayıdışımızda yalnızca Xankəndi Universitetinin bərpası ilə kifayətlənməyək, burada digər universitetlərin də filialları açılsın. Azərbaycan Texniki Universitetib (AzTU), UNEC, BDU və s. bu tendensiyaya qoşula bilər. Çünki bura mərkəzdir.

 

 

Xatirə Vəliyev fürsətdən istifadə edərək həmyerlilərinin istəyini də diqqətə çatdırıb:

 

“Mən də daxil olmaqla bütün Xankədlilərin istəyi odur ki, rayonumuzda peşə yönümlü məktəblər, kolleclər, liseylər, ali təhsil müəssiəsləri çox olsun. Hazırda orada ermənilər var. Ancaq çalışaq ki, tarixi torpaqlarımıza əhalininin axını təmin olunsun”.