Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 11:30:00
Ana dilimizi bilməyən rusdilli şagirdlərlə bağlı NAZİRLİKDƏN açıqlama

Rus sektorunda tədrisi aparılan bəzi dərsliklər Azərbaycan dilindədir. Ancaq bu, tamamilə rusdilli olan şagirdlər üçün çətinlik yaradır. Bu dərsliklərin Azərbaycan dilində olmasının əhəmiyyəti nədən ibarətdir? Şagirdlərin çətinliyi nəzərə alınaraq gələcəkdə bununla bağlı hansısa tədbir görülə bilər?

 

Mövzu ilə bağlı rəsmi məlumat almaq üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən sorğumuza cavab olaraq bildirilib:

 

“Tədris digər dillərdə aparılan bölmələrdə bəzi fənlərin Azərbaycan dilində tədrisinə mərhələli keçidin əsas məqsədi bütün vətəndaşların dövlət dilini yaxşı mənimsəməsidir.

 

Dili bilməyən təhsilalanlar dövlət dilində daha çox vaxt ərzində daha çox öyrənmə fəaliyyətinə qoşulmaqla bu çətinlikləri aradan qaldıracaqlar”.

 

Bir məqamı qeyd edək ki, rus sektorunda əsas şikayətlər tarix fənni ilə bağlıdır. Rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənnini yalnız V sinifdə ana dilində keçirlər. Tarixin əsas baza hissəsi yuxarı siniflərdə başlayır. VI-XI siniflərdən şagirdlərə bölməyə uyğun rus dilində tədris həyata keçirilir.