Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 17:48:37
DİM - də sınaq imtahanı materialları müzakirə edilib

Oktyabrın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclaslarda buraxılış və qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqlar müzakirə edilib. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

 

Müzakirələr nəticəsində Azərbaycan dili və ingilis dili fənlərindən ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasından buraxılış imtahanı modelinə uyğun, informatika fənnindən isə qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

 

İşçi qrupların növbəti iclası oktyabrın 16-da keçiriləcək.