Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 13:34:00
İsraildəki azərbaycanlı tələbələr təxliyyə olunur? - RƏSMİ

İsrail və HƏMAS arasında döyüşlər davam edir. İsrail Səhiyyə Nazirliyindən yayılan son məlumata əsasən İsrail və HƏMAS arasındakı toqquşmalar nəticəsində zərərçəkən israillilərin sayı 2382 nəfərə yüksəlib. Bu orada yaşayan və təhsil alan tələbə gənclərimiz haqqında düşünməyə sövq edir.

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın İsraildəki səfirliyindən verilən məlumata görə son statistikaya əsasən İsraildə 50 civarında azərbaycanlı tələbə var.

 

“Səfirlik bütün tələbələr ilə gündəlik/saatlıq təmasdadır. Hazırda Bakı və Tel Aviv arasında birbaşa təyyarə reysləri mövcuddur”.

 

Səfirlikdən bildirilib ki, təcili təxliyə üçün müraciət edən yoxdur.