Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-08 15:26:08
Peşəkar mühasib sertifikatı imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 8 oktyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 

 

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.