Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-08 11:23:00
Müasir intellektual təhsil sistemləri yaradılır

Təhsilin bütün sahələrində kompüterlərin və internetin geniş yayılması böyük həcmdə məlumatların əldə edilməsinə səbəb olub. Bu məlumatların istifadəsi, həm ümumi olaraq təhsil məlumatlarının istehsalı kimi tanınan məlumatların öyrənilməsi üsullarının tətbiqini, həm də bu məlumatların təhlili üçün metodların işlənib hazırlanmasını və öyrənmə prosesinin təkmilləşdirilməsi üçün tətbiq olunmasını zəruri edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Gülarə Məmmədova məlumat verib. O, müasir rəqəmsal təhsil mühitində mövcud sistemlərin təlim prosesini intellektuallaşdırmaq, təhsil məzmununu tələbələrin fərdi ehtiyaclarına çevik şəkildə uyğunlaşdırmaq imkanlarına malik olmadığını vurğulayıb: “Müasir intellektual təhsil sistemlərinin yaradılması bir neçə əsas mərhələdən ibarətdir. Bunlara sistemin məqsədinin və istifadə üsullarının, tədris materiallarının struktur komponentlərinin müəyyən edilməsi, tədris materialının seçilməsi və onun strukturlaşdırılması və s. aiddir”.

 

Sonra G.Məmmədova mətnlərin intellektual təhlili (Data Mining) haqqında məlumat verərək onun süni intellektdə bir istiqamət olduğunu, müxtəlif yazılı mənbələrdən məlumatların avtomatik çıxarılması yolu ilə yeni, əvvəllər məlum olmayan məlumatların kompüter vasitəsilə kəşf edilməsindən ibarət olduğunu nəzərə çatdırıb.

 

Dərsliklərin təsnifat məsələsindən söz açan tədqiqatçı qeyd edib ki, “Data Mining” sahəsində təsnifatın məqsədi hər bir sənəd üçün aid olduğu bir və ya bir neçə əvvəlcədən müəyyən edilmiş kateqoriyaları müəyyən etməkdir. Təsnifat probleminin bir xüsusiyyəti sənədlərin hər birinin müəyyən bir kateqoriyaya uyğun olması ehtimalıdır.

 

Sonda G.Məmmədova mətn məlumatının intellektual təhlili üçün proqram vasitələrindən də bəhs edərək “Google Cloud NLP”, “Chattermill”, “Voyant Tools”, “MonkeyLearn”, “WordStat”, “Poly Analyst” və s. bu proqramlara aid olduğunu qeyd edib.