Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 16:28:35
UNEC tədqiqatçıları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında...

Amerikanın Stanford Universitetinin hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralaması açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda UNEC-in İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı dos.Uğur Korkut Pata, Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin tədqiqatçısı dos.Mücahit Aydın və Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı dos. Şəhriyar Muxtarov da yer alıblar.

 

Qeyd edək ki, Stanford Universitetinin reytinqləri ELSEVIER-in SCOPUS verilənlər bazasına əsaslanır.

 

Tədqiqatçılarımızı təbrik edirik, elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!