Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 16:53:00
Qardaşımın məzarına dedim ki, torpaqlarımız azaddır, rahat uyu  - DİREKTORLA MÜSAHİBƏ

Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilib. Həmin bölgələrdə digər fərqli təyinatlı binalarla yanaşı məktəblər də inşa edilir.

 

Təhsilin strateji sahə olduğunu nəzərə alaraq bu sahəyə daha böyük diqqət verilir.

 

İşğaldan yeni azad edilən Xocalıda təhsil necə qurulacaq ? Müəllim və şagird heyətinin əhval-ruhiyyəsi necədir?


Suallarımızı Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova cavablandırır.

 

Müsahibimiz deyir ki. Tərtər rayonunda anadan olsa, valideynlərini itirdiyi səbəbindən sonra Xocalıya, nənəsinin yanına köçüb.

 

- Xocalı soyqırımının canlı şahidi olmusunuz. İndi Xocalı azaddır. Yaddaşınızı təzələyə bilirsinizmi?


- Xocalı düzəngah ərazidə yerləşir və 4 tərəfi dağlarla əhatəlidir. Dağların ətəyində erməni faşistləri yerləşmişdi. Xatırlayıram ki, xüsusən gecələr Xocalını atəşə tuturdular. Gecənin bir yarısı hamımız küçələrə axışıb, gözləyirdik ki, ermənilərin “Alazan” raketləri hansı həyətə düşəcək. Atəşlərin sayı az olanda sevinirdik ki, bu gün də sağ qalmağı bacarmışıq. Ermənilərin Xocalını atəşə tutduğu bir gündə kəndimizdə Zahid adında bir oğlan şəhid olmuşdu. Həmin oğlanın qardaşı və atası da yaralanmışdı. Zahidin ölümündən 7 ay sonra bir oğlu dünyaya gəldi.Təssüflər olsun ki, həmin uşaq 20 yaşına çatmamış avtomabil qəzasında dünyasını dəyişdi. Bu hadisəni xatırlayanda həmişə kədərlənirəm. Ümumiyyətlə, Xocalının top atəşinə tutulduğu günlər hər gün, hər saniyə yaddaşımdadır. 1991-ci ilin noyabrn 26 - da Xocalıya rayon statusu verildi. Burada özünümüdafiə batalyonu yaradıldı. Batalyonun komandiri Milli Qəhrəmanımız Tofiq Hüseynov idi. O, batalyona komandir təyin edilməmişdən öncə məktəbdə hərbi müəllim vəzifəsində çalışırdı. Tofiq Hüseynovun yanında müavin vəzifəsində kəşfiyyat batalyonu da yaradılmışdı. Mənim qardaşım orada kəşfiyyatçı idi. Qardaşım bütün gizli yolların hamısını çox yaxşı bilirdi. Xocalı hadisələri zamanı kəşfiyyatda olarkən qardaşım Fizuli Rüstəmov şəhid oldu. Anamı da ermənilər maşınla vuraraq qətlə yetirmişdi.                                                                                                                                                                                                                                                                                                                                                                                 

- Füqurə xanım, Xocalı soyqırımı zamanı müəllimə işləyirdiniz?

 Açıklama yok.

- Xocalı işğal olunanda mənim 22 yaşım var idi. Orada yaşadığım müddət müəllim kimi fəaliyyət göstərmirdim. Mühasibatlıq ixtisasını bitirsəm də, həmin sahənin arxasınca gedə bilmədim. Bu səbəbdən Bakıya gəldikdən sonra o zamankı Xocalı İcra Hakimiyyətinin başçısı, indiki deputat Elman Məmmədov məni Xocalı 2 sayılı tam orta məktəbdə Uşaq birliyinin rəhbəri vəzifəsinə təyin etdi. Daha sonra keçmiş təhsil naziri Misir Mərdənov məni qəbul edib, Müəllimləri Təkminləşdirmə İnstitutuna göndərdi. Burada 1 illik təhsil aldıqdan sonra ixtisasımı dəyişib, ibtidai sinif müəllimi oldum. Buna baxmayaraq, 2 sayılı məktəbdə Uşaq birliyinin rəhbəri kimi fəaliyyətimə davam etdirirdim. Zaman keçdikcə vəzifəm artdı və həmin məktəbin 11 il direktoru olaraq çalışdım.

 

 

- Müəllim olaraq Xocalılı şagirdlərə dərs demək asan olmayıb, yəqin ki...

 


- O dövrdən bu günə kimi şagirdləri vətənpərvər ruhda böyütməyə çalışıram. Şagirdlərimin arasında şəhid övladları, hər iki valideyninin itirmişlər də var idi. Onların hər biri ilə xüsusi məşğul olub, qayğılarını çəkməyə çalışırdım. Şagirdləri tez-tez tarix muzeylərinə aparıb, keçmişimizi dərindən öyrənmələrini tələb edirdim. Bütün səyim uşaqların daha vətənpərvər ruhda böyüməsi idi. Bəzən məktəbdə yer olmurdu, uşaqları evimə çağırıb balaca otağımda vətənpərvərlik haqqında şeirlər, mahnılar öyrədirdim. Onlar öyrətdiklərim əsasında müsabiqələrə qatılıb, yüksək yer tuturdular. Şagirdlərimə Xocalını elə təsvir etmişdim ki, onlar buranın havasından, torpağından və təbiətindən danışıb, təsvir edəndə, Xocalıda boya-başa çatmış kimi görünürdülər.

 

 

- Bəs, 44 günlük Vətən Müharibəsində... (sualımızı yarımçıq kəsir)

 


- 44 günlük Vətən Müharibəsində hərbi geyim geyinib əlimdə bayraqla bütün şəhidləri ziyarət etməyə çalışırdım. Kimliyindən, doğulduğu bölgədən asılı olmayaraq hamısına baş çəkməyə başlamışdım. Torpaqlarımızın azad olduğunu biləndə, səhər saat 6 idi. Bunu eşidən kimi evdən çıxıb Xocalı abidəsini, şəhidlərimizi ziyarət etməyə yollandım. Mənim qardaşım Tərtər rayonunun Hüsənli kəndində dəfn olunub. 1 gün sonra Füzulinin məzarını ziyarət etməyə getdim ki, torpaqlarımızın azad olunduğu xəbərini, qanının yerdə qalmadığını ona deyim...

 

 

- Şagirdləriniz arasında müharibədə iştirak edənlər olubmu?

 


- Mənim şagirdlərimin bir neçəsi 44 günlük müharibədə döyüşüb, qazi adını alıb, medallarla təltif olunublar. Yəqin ki, bir çox insan xatırlayır, Azərbaycanın İranda mövcud olan səfirliyində baş verən terror hadisəsi zamanı qəhrəmancasına döyüşərək cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev mənim şagirdim olub. Mən və məktəbimiz onunla fəxr etdik. Onunla görüşdüm, evinə də baş çəkdim. Düşünürəm ki, məktəbimizdə bir tədbir keçirib, Vasifi də qonaq edim.

 

 

- Xocalı azad olunub. Soyqırımı yaşayan bir şəxs olaraq bu xəbərin sizə necə təsir etdiyini bilmək olar?

 

Açıklama yok.


- 44 günlük müharibədə, eləcə də Xocalının işğaldan azad olduğunu biləndə hədsiz sevindim. Lakin ürəyimdə bir yerdə kədər hissi də var idi. Çünki Xocalıda qardaşım, ailəmlə bağlı çox xatirələrim var. Elə təsəvvür edirəm ki, Xocalıya qayıtsam, onları görəcəm. Təkcə ailəmi deyil, tanıdığım hər kəsi, qonşularımı, yaxınlarımı orada qoymuş kimi hiss edirəm. Demək olar ki, qohumlarımın çoxu Xocalıda şəhid olub. Sanki qayıtsam, hər birini görəcəm. Bəlkə mən boya-başa çatdığım torpağıma qayıtsam, ürəyim buna dözməyəcək və öləcəm....Amma yenə də Xocalıya qayıtmaq ümidi ilə yaşayıram. Çox istəyirəm Xocalıda məktəbimiz fəaliyyətə başlasın. Şagirdlərimizə keçmişi, bu günü çatdırım. Xocalılar adından Ali Baş Komandanımıza təşəkkür edirəm. Şəhidlərimizin qanı yerdə qalmadı. Qisasımız alındı. Azərbaycan əsgəri öz hünərini göstərdi. Ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarını heç zaman unutmayacağıq. Əminəm ki, işğaldan azad edilmiş bölgələrimizdə digər sahələr kimi təhsil də çox yüksək şəkildə qurulacaq.