Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-21 12:02:00
Ekspert də Fərmanı alqışladı: " Bu quruma ehtiyac yox idi"

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilir. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qurumun ləğv edilməsinə münasibət bildirən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva həmin müəssiəsinin boş yerə fəaliyyət göstərməsinə ehtiyac olmadığını bildirib:

 

“Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyi dövründə yaranıb. Sadəcə Bakıda olan 400-ə yaxın uşaq bağçasını idarə etmək üçün yaradılan bir müəssisə idi. Onun hazırda boş yerə fəaliyyət göstərməsinə ehtiyac yox idi. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq bağçaları Elm və Təhsil Nazirliyinin nəzdinə verildiyi üçün bu qurumun heç bir fəaliyyəti yox idi. Cənab Prezident tərəfindən belə bir fərmanın verilməsi daha məqbul bir məsələ idi. Həmin qurumun ləğvi normaldır”.

 

Mütəxəssis xatırladır ki, məktəbəqədər müəssisələr və uşaq bağçaları ilə bağlı bütün məsələlər, yeniliklər, tədbirlər 2 ilə yaxındır ki, Elm və Təhsil Nazirliyi tərəfindən kifayət qədər yerinə yetirilir:

“Bu gün üçün həmin qurum funksional deyil. Müəllimlərin imtahanla işə qəbulu, bağça müdirlərinin imtahanla qəbul olunması, diaqnostika və akkreditasiyaya hazırlıq gedir. Bundan başqa bağçalara qidaların ümumi şəbəkədən verilməsi kimi yeniliklər həyata keçirilir”.