Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-15 19:43:34
Azərbaycan Kooperasiya Universitetində Bilik günü...

Bu gün Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinə yeni qəbul olmuş tələbələrlə hər iki növbədə görüş keçirib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki,  15 sentyabr - Bilik gününə həsr olunmuş görüşdə Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, yeni qəbul olmuş tələbələr və onların valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan mərasimdə rektor, professor Eldar Quliyev geniş nitqlə çıxış edib.

 

Natiq Kooperasiya Universitetinin professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

 

Rektor çıxışında əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən elm və təhsil siyasətindən, bu sahədə ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, təhsilimizin müasir standartlara uyğunlaşdırılmasından danışıb.