Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 11:09:43
Nizami rayonunda təhsillə bağlı dəyirmi masa keçirilib 

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Təhsil millətin gələcəyidir” mövzusunda dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbə adını qazanmış məzunlar, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

 
 

Tədbirdə Nizami RİH başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva və 61 saylı məktəbin direktoru Zenfira Şıxəliyeva çıxış ediblər.

 

Çıxış edənlər Bilik Günü, yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, dəyirmi masada iştirak edən yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayıblar.

 

Tədbirin sonunda yüksək nəticələrlə tələbə adını qazanmış məzunlar İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.