Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 17:27:02
Sertifikasiya: 6513 ibtidai sinif müəllimi təkrar imtahan verəcək  

 

 

2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq.

 

AzEdu.az xəbər verir ki. bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə məlumat verib.

 

Nazir bildirib ki, birinci cəhddə ölkə üzrə ibtidai sinif müəllimlərindən 21 180 nəfər test mərhələsində uğur qazanıb:

 

“Bu ümumi sayın 70%-ni təşkil edir.  Azərbaycan dili və ədəbiyyat müəllimlərindən isə 7 594 nəfər test mərhələsini uğurla başa vurub. Bu isə ümumi sayın 92%-ni əhatə edin.

 

Keçirilən təkrar sertifikasiya imtahanından 4 region üzrə 1 334 nəfər test mərhələsindən uğur qazanıb. Bu ümumi rəqəmin 65%-i deməkdir.

 

Qalan 9 region üzrə 6513 nəfər ibtidai sinif müəlliminin təkrar imtahanda iştirakı gözlənilir. Ölkə üzrə 674 Azərbaycan dili və ədəbiyyat müəlliminin təkrar imtahanda iştirakı gözlənilir”.