Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 17:06:00
Türkiyədə məktəbə telefonla gəlmək qadağan olundu

Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib.

 

Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər.

 

“Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”, - deyə o bildirib.

 

Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.