Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-29 17:25:17
Bu gün mindən çox müəllim üçün təkrar sertifikasiya imtahanı keçirilib

Bu gün uğursuz nəticə göstərmiş müəllimlər üçün təkrar sertifikasiya imtahanı keçirilmişdir.  

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli danışıb.

 

 

“İmtahanda 1 939 müəllim iştirak etmişdi. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib. Ölkə ərazisində 4 şəhərdə həyata keçirilmişdir”.

 

 

N.İsmayılbəyli əlavə olaraq bildirib ki, iştirakçılar hansısa şübhəli məqamla bağlı appelyasiyaya müraciət edə bilər.