Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-29 16:15:00
Olimpiada qalibləri neçə il imtahansız qəbul olunma hüququna sahibdir? - CAVAB

Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

 

Bəs Beynəlxalq və respublika fənn olimpiadalarında qalib olanlar hansı müddətə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunma hüququna sahibdir?

 

 

AzEdu.az Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən bildirir ki, Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

 

 

Bu qayda beynəlxalq müsabiqənin və ya yarışın qalibləri üçün də keçərlidir. Belə ki,  tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün qəbul olunmaq haqqına sahibdir.