Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-29 15:03:00
İxtisas qrupları üzrə neçə abituriyent kəsilə bilər? – Rəqəmlərlə izah

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi dünən saat 23:59-da başa çatdı.

 

Universitetlərə qəbul olunmaq istəyən I, II, III, IV və V qruplar üzrə abituriytenlər sözügedən prosesdə iştirak etdilər.

 

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata əsasən, bu il ali məktəblərə 55 min 907 plan yeri ayrılıb.

 

Bəs ixtisas qrupları üzrə nə qədər abituriyent müsabiqədən kəsilə bilər?

 

AzEdu.az xəbər verir ki, sözügedən mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

 

O bildirib ki, 70 299 abituriyent ixtisas seçimi edib:

 

“Lakin bu il ali məktəblərə 55 907 yer ayrılıb. I qrup üzrə plan yeri 18 min 386 ixtisas seçimi edənlərin sayı isə 21 750 nəfərdir. Buna görə də I qrup üzrə 3364 nəfər kəsiləcək. II qrup üzrə plan yeri 13 285 ixtisas seçimi edənlərin sayı 16 322 nəfərdir. II qrup üzrə isə 3037 nəfər kəsiləcək. III qrup üzrə plan yeri 16 067 ixtisas seçimi edənlərin sayı 19 772 nəfər. III qrup üzrə 3705 nəfər kəsiləcək. Son olaraq, IV qrup üzrə plan yeri 4100 ixtisas seçimi edənlərin sayı 5774 nəfərdir. Buna görə də IV qrup üzrə 1674 nəfər kəsiləcək".