Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 11:23:26
STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi çərçivəsində "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023" keçiriləcək.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, festival noyabrın 27-dən dekabrın 2-dək Bakı Ekspo Mərkəzində 15 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.

 

Festivalda iştirak üçün qeydiyyat oktyabrın 1-dək davam edəcək.