Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 10:07:45
Bu şəxslər kolleclərin ixtisas seçiminə qatıla bilməz - DİM

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin ixtisas seçimi davam edir.

 

Xatırladaq ki, ixtisas seçimi 16-28 avqust tarixlərində aparılır.

 

Namizədləri maraqlandıran suallardan biri də ixtisas seçimi zamanı istəmədikləri universitetə qəbul olduqları halda prosesi ləğv edib, kolleclərin ixtisas seçimində iştirak edə bilib-bilməmələridir. 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, həmin şəxslər kolleclərin ixtisas seçimində iştirak edə bilməz:

 

“Tövsiyə edirik ki, abituriyent istəmədiyi ixtisası və universiteti ərizəsində qeyd etməsin”.