Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 12:22:47
Lisey və gimnaziyaların boş qalan yerlərinə SEÇİM... 
Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir.
 
 
 
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.
 
 
Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
 
 
 
Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ
Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.